Gürcüstan 47 qanunsuz miqrantı deportasiya edib

18.11.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Son bir neçə gün ərzində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları miqrasiya qanunlarını pozaraq ölkədə yaşayan 47 əcnəbini deportasiya edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Banqladeş, Misir, Hindistan, İran, İordaniya, Kamerun, Keniya, Çin, Konqo, Kuba, Nigeriya, Nepal, Pakistan, Rumıniya, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Şri-Lanka və Efiopiya vətəndaşları Gürcüstandan deportasiya ediliblər. Onların ölkəyə girişi qadağan edilib.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью