Gürcüstan 84 əcnəbini ölkədən çıxardı

09.06.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son günlər ərzində Gürcüstandan azərbaycanlı da daxil 84 xarici ölkə vətəndaşı deportasiya edilib.

"Report"un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində həyata keçirilən tədbirlər nəticəsində 84 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

Bildirilib ki, deportasiya edilən şəxslər arasında Türkiyə, Türkmənistan, Hindistan, Çin, Misir, Azərbaycan, Keniya, Rusiya, Nigeriya, İraq, Kuba, Livan, Pakistan, Cənubi Afrika Respublikası, Somali və digər ölkələrin vətəndaşları var.

Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən girişinə də məhdudiyyət tətbiq edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью