Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bunu jurnalistlərə bildirib.
"Siz Gürcüstan-Amerika münasibətlərinin kontekstindən xəbərdarsınız. Bu kontekst çox çətindir; onu Bayden administrasiyası yaradıb. Görəcəyik; səbirlə gözləyirik. Biz açıq şəkildə bəyanat verdik ki, ABŞ ilə strateji tərəfdaşlığı sıfırdan və konkret bir təlimatla bərpa etməyə hazırıq. Amerika administrasiyasından qərar gözləyirik", - deyə Kobaxidze bildirib.
Gürcüstanın ABŞ ilə münasibətləri 2024-cü ildə ölkənin xarici agentlər haqqında qanun qəbul etməsindən sonra xeyli pisləşib. Kobaxidzenin ötən il noyabrın 28-də AB-yə üzvlük danışıqlarının açılması prosesinin dondurulduğunu açıqlamasından sonra ABŞ Dövlət Departamenti respublika ilə strateji tərəfdaşlığı dayandırıb. Donald Trampın prezident seçilməsindən əvvəl belə, Gürcüstan hakimiyyəti dəfələrlə ABŞ-da hakimiyyət dəyişikliyinə və Vaşinqtonla münasibətlərin yenidən qurulmasına ümid etdiklərini bildirib.
Qadir, Bizimyol.info