Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tbilisi, 29 yanvar, AZƏRTAC
Tbilisidə səfərdə olan ABŞ Konqresinin Xarici İşlər Komitəsinin nümayəndələri Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjoliani görüşüblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyasından məlumat verilib.
Bildirilir ki, görüşdə Gürcüstan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər diqqət mərkəzində olub. Gürcüstanda gedən proseslər, hökumətin ölkənin iqtisadi artımını təşviq etmək üçün atdığı addımlar və gələcək planları, həmçinin korrupsiyaya qarşı mübarizə tədbirləri müzakirə edilib.
"Görüşdə Gürcüstan-ABŞ münasibətlərinin yenidən qurulmasının vacibliyi vurğulanıb. Strateji tərəfdaşlığın ölkələrin ortaq maraqları nəzərə alınmaqla yenilənəcəyinə inam ifadə olunub" - deyə, məlumatda bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi