Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, rəsmi Tbilisi müvafiq səviyyədə dəvət almadığı üçün 16 noyabrda Brüsseldə keçiriləcək Avropa İttifaqının Genişlənmə Forumunda və Aİ Xarici İşlər Nazirlərinin konfransında iştirak etməyəcək.
Məlumatı “İnterfaks.ru” verib.
XİN-in bəyanatında, eyni zamanda, deyilir ki, “Gürcüstan Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa sadiq qalır”.
Gürcüstan və Aİ arasında münasibətlər Ukraynada hərbi münaqişənin başlamasından sonra pisləşib. Gürcüstan hakimiyyəti Brüsselin Rusiyaya qarşı birtərəfli sanksiyalar tətbiq etmək tələblərini yerinə yetirməkdən imtina edib.
Gürcüstan 2023-cü ilin dekabr ayında Aİ-yə üzvlük üçün namizəd ölkə statusu alıb.
P.ƏMİRCANOV
XQ