Gürcüstan Aİyə inteqrasiyanı dayandırır

28.11.2024

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Gürcüstan 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət üzvləri ilə mətbuat konfransında deyib.

“Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəlmişik. Həmçinin, 2028-ci ilin sonuna qədər Avropa İttifaqının istənilən büdcə qrantlarından imtina edirik. Avropaya inteqrasiya üçün maliyyəni Aİ-nin bizə sədəqə kimi təqdim etməsi qəbuledilməzdir”, - Kobaxidze brifinqdə bildirib.

Kobaxidze onu da deyib ki, avropalı siyasətçilər və bürokratlar ayrılan qrant və kreditlərdən Gürcüstana qarşı şantaj kimi istifadə edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью