Gürcüstan Aİyə üzvlük məsələsi ilə bağlı danışıqları dayandırdı

28.11.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq məsələsini gündəmə gətirməmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxış edib.

Onun sözlərinə görə, Aİ-yə inteqrasiyanın mərhəmət kimi nəzərdən keçirilməsi qətiyyən qəbuledilməzdir.

Baş nazir deyib ki, Aİ-yə üzvlük məsələsi ilə bağlı danışıqların başlanması Gürcüstanı şantaj etmək üçün alət kimi istifadə olunur.

İ.Kobaxidze qeyd edib ki, Gürcüstan 2028-ci ilin sonunadək Aİ-dən istənilən büdcə qrantından da imtina edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью