Gürcüstan ATƏT ə nota verdi

16.10.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Gürcüstan ATƏT katibliyinə və təşkilatın üzv ölkələrinə etiraz notası ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Gürcüstan XİN yayıb. 

Bildirilib ki, buna səbəb oktyabrın 14-də ölkədə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Tbilisidə bir qrup şəxs tərəfindən hökumət əleyhinə keçirilən etiraz aksiyasında iştirak etməsi olub. 

Xatırladaq ki, dünən Gürcüstanın Baş naziri İrakli Kobaxidze də E.Valtonenlə planlaşdırılan görüşünü ləğv etmişdi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью