Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırıb AZƏRTAC

28.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Tbilisi, 28 noyabr, AZƏRTAC

Gürcüstan hakimiyyəti Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər gündəliyə gətirməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının ofisində keçirdiyi brifinqdə məlumat verib.

Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması Gürcüstanı təhdid etmək üçün alət kimi istifadə olunur. Bu cür təhdidləri Gürcüstana namizədlik statusu məsələsində də görülüb.

“Avropa İttifaqına inteqrasiyanı mərhəmət kimi müzakirə olunması qətiyyən yolverilməzdir" - deyə, Kobaxidze vurğulayıb.

Baş nazir Avropa Parlamentini Gürcüstanla bağlı qətnaməyə görə sərt tənqid edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью