Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır

28.11.2024

Icma.az bildirir, Anews saytına əsaslanaraq.

Gürcüstan 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırır.Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət üzvləri ilə mətbuat konfransında deyib.

"Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəlmişik. Həmçinin, 2028-ci ilin sonuna qədər Avropa İttifaqının istənilən büdcə qrantlarından imtina edirik. Avropaya inteqrasiya üçün maliyyəni Aİ-nin bizə sədəqə kimi təqdim etməsi qəbuledilməzdir.Avropalı siyasətçilər və bürokratlar ayrılan qrant və kreditlərdən Gürcüstana qarşı şantaj kimi istifadə edirlər”, - Kobaxidze brifinqdə bildirib.


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью