Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır. Bu gün Azərbaycan - Gürcüstan münasibətləri ən yüksək səviyyədədir.
Dost, mehriban qonşu və strateji tərəfdaş olan Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini məhz Azərbaycana etməsi iki ölkə arasında mövcud olan isti münasibətlərin bariz nümünəsi, dostluğun və tərəfdaşlığın növbəti təzahürüdür.
Prezidenti İlham Əliyev mətbuata bəyanatında həmkarnın prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfəriniölkəmizə etməsini yüksək qiymətləndirib.
Ölkə başçısı bildirib ki, bu eyni zamanda Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.
“Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar.
Bu gün də bu, belədir”-deyən Prezident İlham Əliyev dövlətlərarası münasibətlərin də yüksək səviyyədə olduğunu, Gürcüstan və Azərbaycanın birgə bir çox önəmli layihələri icra etdiklərini və bu layihələrin həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıdığını bildirib.
Dövlət başçısı Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələrinin, neft-qaz kəmərlərinin, nəqliyyat, kommunikasiya layihələrinin, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələr olduğunu vurğulayıb.
Ölkə başçısı bu layihələrin nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələr olduğunu bildirib.