Gürcüstan Azərbaycan səfirliyinə 49 il müddətinə əlavə ərazi ayırıb

22.07.2025

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə sənəd Gürcüstan hökumətinin saytında dərc olunub.
“Sahəsi 69 kvadratmetr olan, dövlət mülkiyyətində olan və kənd təsərrüfatı təyinatlı olmayan torpaq sahəsinin Azərbaycan Respublikasının səfirliyinə 49 illik tikinti hüququ ilə təmənnasız verilsin”, – sərəncamda qeyd olunur.
Sənəddə səfirliyə ayrılan torpaq sahəsinin kadastr nömrəsi də göstərilir. Bələdiyyə Xidmətləri İnkişafı Agentliyinin xəritəsinə əsasən, söhbət Tbilisidəki Qorqasali küçəsində yerləşən diplomatik nümayəndəliyin yaxınlığındakı kvadrat sahədən gedir.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью