Gürcüstan Azərbaycan vətəndaşları da daxil olmaqla 113 əcnəbini ölkədən çıxarıb

11.08.2026

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Daxili İşlər Nazirliyi son günlər ərzində 113 əcnəbini ölkədən deportasiya edib. Onların arasında Azərbaycan vətəndaşları da var.

Bizimyol.info xəbər verir ki, nazirliyin məlumatına görə, ölkədən çıxarılanlar Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, Qazaxıstan, Keniya, Çin, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan, Efiopiya və digər ölkələrin vətəndaşlarıdır.

Deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Gürcüstanda son dövrlərdə ölkədə qanunsuz yaşayan əcnəbilərə qarşı nəzarət gücləndirilib. Parlament miqrasiya qaydalarını sərtləşdirərək əcnəbilərin ölkədən çıxarılması və yoxlanılması ilə bağlı prosedurları sadələşdirib.

Gürcüstan Daxili İşlər Nazirliyi hər ay onlarla əcnəbinin ölkədən çıxarıldığını açıqlayır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью