Gürcüstan Azərbaycandan ərzaq və içki alışını artırıb

10.11.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstan 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycandan 51 milyon ABŞ dolları dəyərində ərzaq məhsulları və içkilər idxal edib.

Modern.az “Report”a istinadən xəbər verir ki, Gürcüstanın statistika məlumatlarına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,4 faiz artıb.

Hesabat dövründə Gürcüstanın ümumi ərzaq və içki idxalı isə 15,5 faiz artaraq 1 milyard 745 milyon dollara çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью