Gürcüstan Azərbaycandan pomidor alışını 2.5 dəfə artırıb

23.09.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cari ilin ilk 8 ayında Gürcüstanın Azərbaycandan idxal etdiyi pomidorun həcmi kəskin artıb.

“Yeni Sabah” xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən yanvar-avqust dövründə qonşu ölkə Azərbaycandan 2,71 milyon dollar dəyərində 3 790 ton pomidor tədarük edib. Gürcüstanın Milli Statistika İdarəsinin göstəriciləri əsasında aparılan tahlillərə görə, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə məbləğ baxımından 2,5 dəfə, çəki baxımından isə 2,4 dəfə çoxalma deməkdir.

Bu artım nəticəsində Azərbaycan Gürcüstanın pomidor tədarük etdiyi ölkələr siyahısında ikinci pilləyə yüksəlib. pizza mizza

Ümumilikdə, Yanvar-Avqust aylarında Gürcüstan xaricdən 15 milyon dollar məbləğində 20 905 ton pomidor idxal edib ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 7,4% və 6,7% çoxdur. Qonşu ölkənin əsas pomidor tədarükçüsü 7 milyon dollar dəyərində (9 759 ton) məhsulla Türkiyə olub. Digər idxal tərəfdaşları arasında Türkmənistan (2,2 milyon dollar / 2 676 ton), Ermənistan (1,55 milyon dollar / 2 383 ton) və İran (1,5 milyon dollar / 2 249 ton) yer alıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью