Gürcüstan Azərbaycanla əlaqələrin inkişafına önəm verir Nazir

26.02.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan region ölkələri, xüsusən də Azərbaycan, Türkiyə və Ermənistanla çoxtərəfli əlaqələrin inkişafına önəm verir. 

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransı zamanı bildirib.

"Ölkələr arasında münasibətlərin müxtəlif formatlarda inkişafı son dərəcə vacibdir. Müxtəlif formatlarda uzunmüddətli əməkdaşlıq bizə bir çox əhəmiyyətli və faydalı layihələri həyata keçirməyə imkan verib. Ümid edirəm ki, sizin (Türkiyə xarici işlər nazirinin) dəstəyinizlə biz təşəbbüslərimizi və layihələrimizi gələcəkdə də davam etdirə biləcəyik", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью