Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçiliyə hazırdır AÇIQLAMA

24.02.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rol oynamağa hazırdır. 

Modern.az xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncü üçtərəfli iclasında  Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədri  Nikoloz Şamxaradze bildirib. 

O qeyd edib ki, Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını və sülhə doğru irəliləyişini dəstəkləyir.

“Bu, regionun ümumi mənzərəsini yaxşılaşdırır və Cənubi Qafqazda sülhün bərqərar olması üçün böyük addımdır. Ehtiyac yaranarsa, Gürcüstan vasitəçi rolunu oynamağa hazırdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью