Gürcüstan Azərbaycanla münasibətlərdə ortaq dəyərləri önə çəkir Kavelaşvili

12.11.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Gürcüstanın Türkiyə, Azərbaycan, Ermənistan və Mərkəzi Asiya ölkələri ilə münasibətləri iqtisadi amillərlə yanaşı həm də qarşılıqlı hörmət, etimad və ortaq dəyərlərə əsaslanır”.

Gununesi.info xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Anlatyada COP31 konfransı çərçivəsində keçirdiyi görüşlər barədə danışarkən deyib.

O, Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşə toxunaraq Gürcüstanla Özbəkistan arasında münasibətlərin intensiv şəkildə inkişaf etdiyini bildirib.

Mixeil Kavelaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanla müxtəlif mövzularda söhbət apardığını qeyd edib. Onun sözlərinə görə, Gürcüstan və Ermənistanın razılaşdığı bir məqam ondan ibarətdir ki, Cənubi Qafqaz regionu mümkün qədər ən cəlbedici bölgəyə çevrilməlidir.

Gununesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью