Gürcüstan azərbaycanlılar daxil 67 əcnəbini ölkədən deportasiya edib

18.08.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlər keçirilən tədbirlər nəticəsində 67 xarici vətəndaşı ölkədən deportasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin məlumatına görə, deportasiya olunanlar arasında Türkiyə, Hindistan, Misir, Rusiya, Azərbaycan, Kuba, Ermənistan, Pakistan, Özbəkistan, Belarus, Türkmənistan, Livan, Moldova, Nepal, Nigeriya, Şri-Lanka və Çin vətəndaşları da var.

Bildirilib ki, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qanunvericiliyə uyğun olaraq qadağa qoyulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью