Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq. Ötən gün Tbilisidə keçirilmiş aksiyada bir qrup etirazçının qaldırdığı plakatlar Gürcüst
Teleqraf.com xəbər verir ki, plakatlarda Gürcüstanın baş naziri İrakli Kobaxidze, prezidenti Mixeil Kavelaşvili və hakim “Gürcü Arzusu” part
Bayraq formasındakı plakatlara İran və “Hizbullah” terror təşkilatının bayraqları, “Təbriklər, qul!” sözləri da yerləşdirilib.
Gürcüstanın müsəlman icmasını qəzəbləndirən detal plakatlarda “La ilahə illallah Muhəmmədən RəsulAllah” ifadəsinin yer almasıdır.
İcmanın fikrincə, İslam dininin başlıca ehkamlarından biri olan təkallahlığın qısa ifadəsi karikatura obyekti ola bilməz.
İcma üzvləri bu halı İslama qarşı hörmətsizlik kimi qiymətləndirirlər.
Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri plakatları hazırlayan və aksiyada istifadəsinə yol verənlərin üzr istəməsini tələb edirlər.
Qeyd edək ki, ötəngünkü aksiyada Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasiminə etiraz ifadə olunub.