Gürcüstan azərbaycanlıların da olduğu 93 əcnəbini deportasiya edib

02.09.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər 93 xarici vətəndaşı ölkədən deportasiya edib.

XQ xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Miqrasiya Departamentinin əməkdaşları nazirliyin digər müvafiq bölmələri ilə birgə həyata keçirdikləri tədbirlər nəticəsində Hindistan, İordaniya, Rusiya, Kuba, Türkmənistan, Azərbaycan, İraq, Türkiyə, Kamerun, Nigeriya, Banqladeş, Benin, Efiopiya, Misir, Yamayka, Sudan, Əlcəzair və digər ölkələrin ümumilikdə 93 vətəndaşını Gürcüstandan çıxarıblar.

Bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq deportasiya olunan şəxslərin Gürcüstana girişi qadağan edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью