Gürcüstan bankının filialına silahlı basqın edildi

03.07.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Gürcüstanın Abaşa bələdiyyəsində yerləşən "Bank of Georgia" filialına silahlı basqın edən şəxs ov tüfəngindən bir dəfə atəş açıb.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə keçirdikləri operativ-axtarış və istintaq tədbirləri nəticəsində şübhəlini hadisə yerində saxlayıblar. 

Atəş nəticəsində xəsarət alan olmayıb.

Polis cinayətdə istifadə olunan ov tüfəngini maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu (quldurluq) maddəsi ilə istintaq aparılır. Həmin maddə üzrə təqsirli bilinən şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью