Gürcüstan baş naziri: Azərbaycanın COP29a ev sahibliyi etməsi əladır

13.11.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Gürcüstan Azərbaycanla dostluq münasibətlərindən qürur duyur. Biz respublikanızla Ermənistan arasında danışıqların irəliləməsində daha fəal rol oynamalıyıq, Gürcüstan buna hazırdır. Lakin biz tərəfdaşlarla məsləhətləşmələrdən asılıyıq".

Oxu.Az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

"Qonşu və dost ölkəmiz Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi əladır. Bu tədbir ölkənizin rolunun artmasına töhfə verəcək. Əlbəttə, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev əla çıxış etdi", - deyə Gürcüstanın hökumət başçısı qeyd edib.

O, konfransın mükəmməl təşkil olunduğunu vurğulayıb.

"Azərbaycandan olan dostlarımızı bu tədbir münasibətilə təbrik etmək istərdim", - deyə o əlavə edib.

Rufina Abdullayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью