Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan və Ermənistanla birgə gömrük məntəqələri layihələri üzərində fəal iş aparılır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Gömrük Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən layihələr ən yaxşı regional əməkdaşlıq nümunəsidir.
Kobaxidze bildirib ki, dünyada ticarət yollarının yenidən qiymətləndirildiyi bir vaxtda Gürcüstan regional sabitlik və logistika mərkəzi kimi ortaya çıxır. Baş nazir Gürcüstanın gömrük sahəsində davam edən islahatların bu prosesdə çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.