Bizimyol saytına istinadən Icma.az xəbər verir. Gürcüstanın Baş naziri İrakli Kobahidze, xüsusilə Böyük Britaniyanın BBC telekanalının vəziy
O, BBC-nin əvvəllər yüksək nüfuza sahib olan bir yayım şirkəti olduğunu və indi saxta məlumatlar yayımladığını vurğulayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə o, Gürcüstanın mətbuat nümayəndələri ilə söhbətində bildirib.
"Bir vaxtlar yüksək nüfuz sahibi olan bir yayımçı saxta məlumatlar yayımlayarsa, bu, hər şeyi izah edir.
Avropadakı kütləvi informasiya vasitələrinin vəziyyəti çox acınacaqlıdır və BBC-nin faciəvi vəziyyəti buna dair əlavə bir sübutdur", - deyə qeyd edib.
BBC 1 dekabr tarixində, Gürcüstan hökumətinin 2024-cü ildəki etirazçılara qarşı Birinci Dünya Müharibəsi zamanı istifadə olunan kimyəvi silahları tətbiq etdiyi barədə məlumat yayıb.
Şirkət, fransız əsgərləri tərəfindən almanlara qarşı istifadə olunan "kamit" adlı maddənin istifadə olunduğunu iddia edib.
Gürcüstan hökuməti isə BBC-ni yanlış məlumat yaymaqda ittiham edərək, şirkətə qarşı beynəlxalq məhkəmələrə müraciət edəcəyini bildirib.