Gürcüstan Baş nazirinin müavini Nazirlər Kabinetində

26.11.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 25-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. 

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin meh­riban qonşuluq və strateji tərəfdaşlıq ru­hunda ardıcıl şəkildə möhkəmləndiyi qeyd olunub. 

Son dövrdə qarşılıqlı səfər və görüş­lərin intensivləşməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsinin, eləcə də əməkdaşlı­ğın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirilib. 

Görüş zamanı ticarət-iqtisadi, investi­siya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью