Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. - + Tiflisdə baş verənlər müxtəlif cür şərh edilə bilər.
O şərhlərdən asılı olmayaraq bircə fakt göz qabağındadır. Cəmiyyət siyasi partiyalarla bağlı mövqedə qəti olmasa da, Avropa İttifaqının üzvü
Hakimiyyət isə, etirazçılara qarşı sona qədər mübarizə aparmaqda qətidir.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə politoloq Zaur Məmmədov çıxış edib.
O bildirib ki, Gürcüstandakı siyasi parçalanma iki düşərgənin ölkənin xarici siyasətinə fərqli baxışları ilə bağlıdır: “Parlament seçkilərindən sonra etirazlar olsa da, müxalifətin tərəfdarları onların istədikləri sayda deyildi.
Lakin bugünlərdə Baş nazir Kobaxidzenin “Gürcüstan 2028 – ci ilə qədər Aİ – yə üzvlük məsələsini dondurur” bəyanatı əvvəlki mitinqlərdən fərqli olaraq daha çox insanı meydanlara yönəltdi.
Maraqlısı budur ki, Kobaxidze Ukraynanın eks – prezidenti Viktor Yanukoviçin 2013-cü ilin noyabrında “Aİ ilə assosiativ sazişə hazırlığın dayandırılması” ilə bağlı bəyanatını demək olar ki, sözbəsöz təkrarladı və bundan sonra insanlar küçələrə axışdı.
Nəticə göz qabağındadır. Gürcüstanın iri şəhərlərində minlərlə insan küçələrdə polislərlə üz-üzədir.