Gürcüstan bu rüsumun müddətini uzatdı

29.03.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Gürcüstan hökuməti Rusiyadan un, arpa və kəpək idxalına tətbiq edilən müvəqqəti rüsumun müddətini qeyri-müəyyən müddətə uzadıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından bildirilib.

Qeyd edilib ki, taxıl məhsuluna tələbat olmadığından onu satmaqda problem yaşayan gürcü fermerlərinə dəstək məqsədilə Gürcüstan 2023-cü ilin yayından un, arpa və kəpək idxalına müvəqqəti rüsum tətbiq edib və bu müddət bir neçə dəfə uzadılıb.

Sonuncu qərara əsasən rüsum tətbiqi 2025-ci il aprelin 1-dək uzadılmışdı.(Publika.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью