Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Biz Tbilisi ilə praqmatik əlaqələri daha da genişləndirməyə açığıq. Aydındır ki, Gürcüstanın uğurlu inkişafının açarı qarşıdurmada deyil, ölkəmizlə əməkdaşlıqdadır”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə verdiyi müsahibədə bildirib.
Nazir müavini iddia edib ki, Rusiya tərəfdaşlığa hazırdır, Gürcüstan isə hələ yox: “İkitərəfli siyasi əlaqələrə gəldikdə isə, onlar hazırda yoxdur. Səbəb Gürcüstan tərəfinin belə bir dialoqa hazır olmamasıdır. Əlbəttə ki, bunun Gürcüstanın bu və ya digər problemlərin öhdəsindən gəlməyə necə kömək edəcəyini qiymətləndirmək mənim üçün çətindir, amma bu, onun hakimiyyətinin qərarıdır".
Qeyd edək ki, Rusiya hələ də işğal etdiyi Gürcüstan ərazilərini öz nəzarətində saxlayır və həmin ərazilərdəki qondarma separatçı rejimləri himayə edir.
“AzPolitika.info”