Gürcüstan COP31 çərçivəsində Orta Dəhlizi müzakirə edib

10.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstan nəqliyyat, enerji səmərəliliyi, logistika sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək niyyətindədir və bu yolla Orta Dəhlizin rəqabət qabiliyyətinə töhfə verəcəyini düşünür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili COP31 çərçivəsində BMT Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan və Beynəlxalq Nəqliyyat Forumunun baş katibi Yanq Tae Kim ilə görüşdə deyib.

Bildirilib ki, Anakliya dərin dəniz limanı, dəmir yolunun modernləşdirilməsi, Şərq-Qərb avtomagistralı və yeni Tbilisi hava limanı layihələri Gürcüstanın regional bağlantıdakı rolunu artıracaq və Orta Dəhlizin rəqabət qabiliyyətinə töhfə verəcək.

Görüşlərdə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Genadi Arveladze də iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью