Gürcüstan Dəmir Yolları sərnişin reyslərini ləğv edib

14.12.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Gürcüstan Dəmir Yolları" əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün sərnişin reyslərinin bir çoxunu ləğv edib.

“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolları"nın məlumatında bildirilib.

Rikoti aşırımındakı dəmir yolu hissəsində problemlər yaranıb. Güclü qar və külək səbəbindən həmin əraziyə elektrik enerjisi verilmir.

Həm Şərqi Gürcüstandan Qərbi Gürcüstana, həm də əks istiqamətdə reyslər ləğv edilib.

Sinoptiklərin proqnozlarına görə, Gürcüstanda əlverişsiz hava şəraiti bazar gününə qədər davam edəcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью