Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
"Addımlar hər iki tərəfdən atılmalıdır. Bizim çox aydın və sadə təklifimiz var - dialoqa başlamaq. Hesab edirik ki, bu dialoq siyasi səviyyədə aparılmalıdır, çünki yekun qərarları hər iki tərəfdə məhz siyasətçilər qəbul edirlər", - İ.Kobaxidze qeyd edib.
O əlavə edib ki, Tbilisi ilə Brüssel arasında dialoq Gürcüstan cəmiyyəti üçün də açıq və şəffaf olmalıdır.