Gürcüstan DİN aksiyada zorakılıq halları barədə məlumat yayıb

02.12.2024

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) parlament qarşısındakı aksiyada zorakılıq halları barədə məlumat yayıb.

"Report"un yerli bürosu xəbər verir ki, DİN parlament qarşısındakı etirazın toplanışlar və nümayişlər haqqında qanunu pozduğunu bəyan edib.

“Rustaveli prospektində aksiyada ayrı-ayrı qruplardan zorakılıq halları müşahidə olunub. Xüsusilə, aqressiv qrup üzvləri polisə müxtəlif əşyalar, daşlar, şüşə butulkalar və pirotexniki vasitələr atıblar”, – açıqlamada deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью