Gürcüstan DİN i ATƏT sədrini cərimələyib

16.10.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tbilisi, 16 oktyabr, AZƏRTAC

Gürcüstanın Daxil işlər Nazirliyi (DİN) Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtoneni cərimələyib.

AZƏRTAC xəbər verir ki, o, Rustaveli prospektində yolu qanunsuz bağladığı üçün cərimə olunub.

Qeyd edilir ki, Valtonen Gürcüstana səfəri zamanı Rustaveli prospektində keçirilən qanunsuz aksiyada iştirak edib, bu isə hakim partiyanın sərt reaksiyasına səbəb olub. Hətta Gürcüstanın Baş naziri planlaşdırılan görüşü ləğv edib.

Bundan əlavə, Gürcüstanın Xarici İşlər Nazirliyi Valtonenin bu ölkəyə səfərindən narahatlığını bildirib, ATƏT Katibliyinə və iştirakçı dövlətlərə etiraz notası ünvanlayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью