Gürcüstan DİN parlament qarşısındakı aksiyada zorakılıq halları barədə məlumat yayıb

02.12.2024

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) parlament qarşısındakı aksiyada zorakılıq halları barədə məlumat yayıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, DİN parlament qarşısındakı etirazın toplanışlar və nümayişlər haqqında qanunu pozduğunu bəyan edib.

“Rustaveli prospektində aksiyada ayrı-ayrı qruplardan zorakılıq halları müşahidə olunub. Xüsusilə, aqressiv qrup üzvləri polisə müxtəlif əşyalar, daşlar, şüşə butulkalar və pirotexniki vasitələr atıblar”, – açıqlamada deyilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью