Gürcüstan DİN: Tbilisidə aksiyaçılar zorakılıqlara başlayıblar

04.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Gürcüstanın paytaxtı Tbilisidə mitinqin başlanmasından qısa müddət sonra etirazçılar zorakılıqlara əl atıblar.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstan DİN məlumat yayıb

“Mitinq iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir edir və onlara müxtəlif küt əşyalar, pirotexniki vasitələr və tezalışan maddələr atırlar. Bir daha hər mitinq iştirakçısını qanun çərçivəsində etiraz etməyə çağırırıq”, - nazirliyin bəyanatında qeyd olunub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью