Gürcüstan DİN valideynləri övladlarını mitinq meydanından uzaqlaşdırmağa çağırıb

02.12.2024

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyi valideynləri övladlarını Tbilisidə etiraz aksiyalarının keçirildiyi parlament binasının qarşısından aparmağa çağırıb.

APA xəbər verir ki, qurum bu barədə məlumat yayıb.

“Müxtəlif KİV-lər aksiya və nümayişlərin keçirildiyi ərazidə azyaşlı uşaqların olduğuna dair kadrlar yayımlayıb. İndiki aksiyalar dəfələrlə dinc toplantı çərçivəsindən çıxıb və zorakılıq xarakteri alıb”, - Gürcüstan DİN bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью