Gürcüstan DİN xəbərdarlıq edib

01.02.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə fevralın 2-də elan olunmuş aksiya ilə bağlı məlumat yayıb.

"Ölkə.az" xəbər verir ki, nazirlik aksiya iştirakçılarına qanun çərçivəsində hərəkət etməyi tövsiyə edib: “Polis qanun pozuntularının qarşısını almaq üçün bütün müvafiq hüquqi tədbirləri görəcək”.

Qeyd olunub ki, beynəlxalq əhəmiyyətli yollar strateji obyektlər hesab edilir və onların bloklanması cinayət məsuliyyəti yaradır.

DİN-in açıqlamasında bildirilir: “Strateji və ya xüsusi əhəmiyyətli obyektlərin siyahısına beynəlxalq əhəmiyyətə malik magistrallar, eləcə də Tbilisiyə giriş və çıxış yolları daxildir. Həmin ərazilərin bloklanması Cinayət Məcəlləsinin 222-ci maddəsinə əsasən cəzalandırılır. Bu cəza 2 ildən 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur".(Report)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью