Gürcüstan DİNin idarə rəisinin müavininin meyiti tapılıb

15.11.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan Daxili İşlər Nazirliyinin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəis müavini Levan Sulaşvilinin Tbilisidə meyiti tapılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Mtavari Arxi telekanalı yayıb. Bildirilib ki, Levan Sulaşvilinin meyiti Tbilisi su anbarında aşkarlanıb. Onun odlu silahdan açılan atəş nəticəsində qətlə yetirildiyi ehtimal olunur.

Faktlar əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin intihar maddəsi ilə cinayət işi açılıb. Lakin mərhumun valideynləri versiyaya inanmadıqlarını, Levan Sulaşvilinin qətlə yetirildiyini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью