Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Xüsusi tapşırıqlar departamentinin Operativ planlaşdırma idarəsinin rəisi İrakli Şaişmelaşvili vəzifəsini tərk edib.
Teleqraf.com xəbər verir ki, o, “Facebook” səhifəsində daxili işlər naziri Vaxtanq Qomelaurinin adına yazdığı ərizəni paylaşıb.
“Ailə vəziyyətimlə əlaqədar olaraq məni tutduğum vəzifədən azad etməyinizi və Gürcüstan DİN-nin sıralarından kənarlaşdırmağınızı xahiş edirəm”, - İ. Şaişmelaşvili ərizəsində yazıb.