Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə “Qu gölü” səhnələşdiriləcək

25.09.2026

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Klassik balet repertuarının mühüm əsərlərindən olan "Qu gölü" Gürcüstan Dövlət Balet Teatrının təqdimatında İstanbul və Ankarada səhnələşdiriləcək.
Kulis.az xəbər verir ki, dünyaca məşhur balerina Nina Ananiaşvilinin bədii rəhbərliyi ilə fəaliyyət göstərən kollektiv Pyotr Çaykovskinin bu ölməz əsərini ilk dəfə Türkiyədə nümayiş etdirəcək.
"Piu Entertainment"in təşkilatçılığı ilə baş tutacaq İstanbul nümayişlərində balet truppasını drijor Levan Caqayevin rəhbərliyində "Piu Simfonik Orkestri" canlı olaraq müşayiət edəcək.
Əsər Marius Petipa və Lev İvanovun klassik xoreoqrafiyası əsasında hazırlanıb.
Qeyd edək ki, Gürcüstan Dövlət Baleti daha əvvəl Londonun məşhur "London Coliseum" səhnəsində də çıxış edib.

“Fotoqrafiya sənəti” üzrə tədris proqramı - Azərbaycanda ilk dəfə Jurnalistləri qovan Tramp öz televiziya kanalını açdı Şahzadə Diananın əşyaları ABŞ-də nümayiş olunacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью