Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti xüsusi antiterror əməliyyatı keçirib

20.02.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Gürcüstanda Dövlət Təhlükəsizlik Xidməti xüsusi antiterror əməliyyatı keçirib. Nəticədə iki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
Missiya.Az
xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərin yaşadıqları evlərdə axtarış aparılıb və istintaq üçün əhəmiyyətli sübutlar, o cümlədən döyüş sursatı, müxtəlif növ elektron avadanlıqlar, pul vəsaiti və digər vacib əşyalar götürülüb. Saxlanılan şəxslərin yaşayış evlərindən beynəlxalq terror təşkilatı ilə mümkün əlaqəni təsdiq edən müxtəlif sübutlar da ələ keçirilib.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью