Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı öz maşınında ölü tapıldı

26.01.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşının cəsədi maşınında tapılıb.

Bu barədə Avtosfer.az "Sputnik Gürcüstan" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, əməkdaşın üzərində güllə yarası olan cəsədi qurumun binasının yaxınlığındakı avtomobildə aşkarlanıb.

Prokurorluq bildirib ki, orada yan oturacaqda tapança və məktub da tapılıb.

Dövlət Təhlükəsizlik Xidməti (DTX) hazırda hadisə ilə bağlı araşdırma aparır.

Həmçinin Gürcüstanın yerli KİV-də DTX-nin agentlik əməkdaşının ölümü ilə bağlı verdiyi ilk açıqlama dərc edilib.

"Bu şəxs Antikorrupsiya Agentliyinin olduqca təcrübəli və layiqli əməkdaşı idi, hamı tərəfindən çox sevilirdi. Hər şeydən əvvəl deyə bilərik ki, bir neçə ay əvvəl ölkə xaricində bariatrik əməliyyat keçirib, onlarla kiloqram arıqlayıb və bu səbəbdən onun sağlamlıqla bağlı müəyyən problemləri yaranıb. Hazırda məlum olan və işçilərimizdən əldə etdiyimiz odur ki, o, səhər tezdən işə gəlib, görünür, silah götürüb, iş yerini tərk edib və maşınında güllə yarası ilə ölü tapılıb, yan oturacaqda isə məktub olub. Bunlar yalnız bizə məlum olan ilkin məlumatlardır. İstintaq əlavə detalları müəyyən edəcək", - deyə DTX-nin açıqlamasında qeyd edilib.

Oxunub 58

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью