Gürcüstan DTX etiraz aksiyalarında planlaşdırılan təxribatlarla bağlı bəyanat yayıb

10.12.2024

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) etiraz aksiyalarında planlaşdırılan təxribatlarla bağlı bəyanat yayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, qurumun bəyanatında hakimiyyət əleyhdarı qrupların bir neçə qurbanla ölkədə etirazları gərginləşdirməyi planlaşdırdığı qeyd edilib. Qeyd olunub ki, təxribat dekabrın 14-də keçiriləcək prezident seçkilərinin qarşısını almaq üçün bu həftəyə planlaşdırılıb.

Bəyanatda bildirilib ki, məqsəd ölkədə radikal əhval-ruhiyyəni təşviq etmək, prosesləri idarəolunmaz hala salmaq və bütün bunlara görə hökuməti günahlandırmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью