Gürcüstan DTX: Ölkədə dövlət çevrilişinə cəhd edilir

30.11.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Gürcüstanda  hakimiyyəti zorakılıqla devirməyə cəhd edirlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin açıqlamasında deyilir.

“Biz dəfələrlə ictimaiyyətin diqqətinə çatdırmışıq ki, Gürcüstan parlamenti yaxınlığındakı mitinqlərdə müəyyən qruplar təxribatlar təşkil etməyə çalışırlar. Əsas məqsədi hakimiyyəti zorakı yolla ələ keçirmək olan konkret siyasi partiyaların liderləri və QHT rəhbərləri buna nail olmayacaqlar. Dövlət Təhlükəsizlik Xidməti Gürcüstanın konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədilə sui-qəsd və ya üsyan təşkil etmə maddəsi ilə araşdırma aparır”, – bəyanatda vurğulanır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью