Gürcüstan DTX: Seçki günü təxribatlar planlaşdırılır

02.10.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Gürcüstanda bəzi qüvvələr oktyabrın 4-də təxribatlar planlaşdırırlar. Mən heç kimə bu barədə hətta düşünməyi belə məsləhət görmürəm, çünki çox sərt cavab alacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze bildirib.

Onun sözlərinə görə, bir neçə qrup ictimaiyyətin qəzəbinə səbəb olacaq hərəkətləri ciddi şəkildə müzakirə edir.

“Etiraz etmək istəyirlərsə, etsinlər, amma qanun çərçivəsindən çıxmasınlar. Gürcüstan seçkiləri ləqayətlə keçirəcək, çağırışların öhdəsindən gələcək”, - DTX rəhbəri deyib.

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Müxalif qüvvələr həmin gün Tbilisidə etiraz mitinqi təyin edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью