Gürcüstan Ermənistan sərhədində 4,4 bal gücündə zəlzələ baş verib

02.11.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də axşam saatlarında Gürcüstan-Ermənistan sərhədindən 4 kilometr məsafədə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Zəlzələ Marneuli şəhərində güclü, paytaxt Tbilisidə isə bir qədər zəif hiss olunub.

Mərkəzin yaydığı məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 19:50-də 4,4 maqnitudada qeydə alınıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью