Gürcüstan Ermənistana görə 40 min avro ödəyəcək

10.04.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

UEFA martın 23-də Tbilisidə Gürcüstan və Ermənistan milliləri arasında keçirilən oyunda azarkeşlər arasında yaşanan qalmaqala görə Gürcüstan Futbol Federasiyasını cərimələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Federasiyanın 40 min avro məbləğində cərimələndiyi açıqlanıb. Həmçinin Gürcüstan Millətlər Liqasının yeni 2026/27 mövsümünün ilk ev matçını bağlı qapılar arxasında keçirəcək.

Qeyd edək ki, 6:1 hesabı ilə qələbə çalan Gürcüstan millisinin azakeşləri Ermənistan millisinin azarkeşlərinə butulka atıblar. Daha sonra onlar arasında kütləvi dava olub. Nəticədə Gürcüstan Futbol Federasiyası və bir sıra ölkə rəsmiləri Ermənistan tərəfindən üzr istəyiblər.

Ayşən Mustafa
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью