Gürcüstan Ermənistandan iri həcmdə çiçək idxalını qadağan edib

06.06.2025

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Gürcüstan zərərli həşəratlarla yoluxma səbəbindən Ermənistandan iri həcmdə çiçək dəstəsi idxalına qadağa qoyub.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata görə, “Sadahlo" nəzarət-buraxılış məntəqəsində 10 min çiçəkdən ibarət yük saxlanılıb.

Fitosanitar yoxlaması zamanı müəyyən edilmiş tələblərə uyğunsuzluq aşkar edilib, bu səbəbdən yükün idxalına icazə verilməyib. Yük Ermənistana qaytarılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью