Gürcüstan hökuməti bunu vəd edib Alen Berse

20.12.2024

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Gürcüstan hökuməti “Xarici təsirin şəffaflığı” haqqında qanununun məzmununu dəyişdirəcəyini vəd edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qanuna dəyişikliyin edilməsi ilə bağlı işçi qrup yaradılacaq.

“Hökumət “Xarici təsirin şəffaflığı” haqqında qanunun məzmununu dəyişdirəcəyini vəd edib. Gürcüstan və Avropa Şurasının nümayəndələrindən, o cümlədən Venesiya Komissiyasından işçi qrup yaradılacaq və qanunvericilikdə hansı dəyişikliklər edilməli olduğu müəyyən ediləcək”, – Alen Berse bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью